“Azsığorta” da yeni təyinat olub.
FED.az Banker.az-a istinadən xəbər verir ki, Şadiyyə Amanova Mail qızı “Azsığorta”da Təftiş Komissiyasının sədri təyin olunub. Əvvəl bu vəzifədə isə Fərhad Əliyev Adil oğlu olub.
Eləcə də bax: “Azsığorta”da - YENİ TƏYİNAT
Eyni zamanda, sığorta şirkətində baş mühasib vəzifəsinə Gülmirə Quliyeva Cavanşir qızı təyin olunub. Buna qədər isə baş mühasib vəzifəsində Namiq Qiyasov Tofiq oğlu idi.
Xatırladaq ki, bir qədər əvvəl Abid Mamedov Mamed oğlu “Azsığorta”nın Direktorlar Şurasının üzvü seçilməsi barəsində məlumat vermişdik.
Eləcə də bax: Təyinat. “Azsığorta”dan Dövlət Vergi Xidmətinə - TRANSFER OLUB
Bildirək ki, “Azsığorta” şirkətinin nizamnamə kapitalı 20,3 milyon manatdır. “AzSığorta” ASC 2006-cı ildən fəaliyyət göstərir.