“Azsığorta” ASC-nin Direktorlar Şurasına yeni təyinat olub.
FED.az Banker.az-a istinadən xəbər verir ki, Abid Mamedov Mamed oğlu “Azsığorta”nın Direktorlar Şurasının üzvü seçilib.
Eləcə də bax: Təyinat. “Azsığorta”dan Dövlət Vergi Xidmətinə - TRANSFER OLUB
Qeyd edək ki, “Azsığorta”nın Direktorlar Şurasına Viladi Maniyev Məzahir oğlu sədrilik edir.
Abid Mamedov geridə qoyduğumuz noyabr ayında “Azfinance İnvestisiya Şirkəti” QSC-nin direktoru vəzifəsindən azad edilərək maliyyə qurumunun Müşahidə Şurasının (MŞ) sədri təyin edilib, həmçinin bu vəzifəsində çalışır.
A.Mamedov indiki iş yerindən əvvəl 8 il maliyyə sektorunda çalışıb, bunun 5 ilini dünya maliyyə sektorunun liderlərindən biri olan “Bloomberg” şirkətinin MDB ölkələri üzrə müştəri xidmətləri direktoru olub.
Eləcə də bax: "PAŞA Holdinq"in rəhbərliyinə - YENİ TƏYİNAT
O, orta təhsilini Avropada alıb, 2003-cü ildə Böyük Britaniyanın London Universitetinin İqtisadiyyat fakultəsində bakalavr dərəcəsi, 2004-cü ildə isə Briston Universitetinin İqtisadiyyat fakultəsinndə magistr dərəcəsi əldə edib.
A.Mamedov evlidir, iki övladı var.