Azərbaycanın aparıcı sığorta şirkətlərindən olan «Azsığorta» 2018-ci ili 4,4 milyon manat mənfəətlə başa vurub. FED.az xəbər verir ki, bu barədə şirkətin açıqladığı hesabatda bildirilir.
Xatırlaaq ki, şirkət 2017-ci ili 3 milyon manat zərərlə başa vurmuşdu.
Hesabata əsasən, 2019-cu ilin yanvarın 1-ə «Azsığorta»nın aktivləri 60 milyon 730 min manat təşkil edir. Bu ötən ilin nəticələrindən 270 min manat və ya 0,4% azdır.
Əvəzində şirkətin cəmi kapitalı 4,5 milyon manat və ya 15%-dən çox artaraq 34,4 milyon manata çatıb. Hazırda «Azsığorta»nın 20,3 milyon manat nizamnamə kapitalından əlavə 14,1 milyon manat bölüşdürülməmiş mənfəəti var.
Eləcə də bax: Borclarını ödəyə bilməyənlər müflis elan olunmalı - BORCLARI SİLİNMƏLİDİR – QANUN DƏYİŞMƏLİDİR
Cəmi kapitalın artması ilə paralel olaraq «Azsığorta»nın öhdəlikləri də azalıb. 2019-cu il yanvarın 1-ə olan məlumata görə şirkətin cəmi öhdəlikləri 26,3 milyon manat təşkil edib. Son bir ildə öhdəliklər 4.8 milyon manat azalıb.
2018-ci ildə şirkətin əməliyyat gəlirləri 21,1 milyon manat, əməliyyat xərcləri 12,9 milyon manat təşkil edib.
Gəlirlərin böyük hissəsi – 19,5 milyon manatı sığorta haqları, xərclərin 10 milyon 766 min manatı işlərin aparılmasına, 8,1 milyon manatı isə sığorta ödənişlərinə sərf edilib.
Şirkətin cəmi gəlirləri 30 milyon 51 min manat, cəmi xərcəri 24 milyon 634 min manat təşkil edib.
Nəticədə 2018-ci ildə «Azsığorta»nın mənfəəti 5 mlyon 418 min manat təşkil edib. 1,011 milyon manat vergi ödənişindən sonra «Azsığorta» 2018-ci ili 4 milyon 406 min manat mənfəətlə başa vurub.