“AzSığorta” ASC 2024-cü ilin 11 ayında 8 milyon 347 min manat həcmində sığorta haqqı toplayıb.
FED.az Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, şirkətin yığımları son bir illə müqayisədə 548 min manat, başqa sözlə 7% artıb. Əvvəlki ilin eyni dövründə “AzSığorta” ASC-nin yığımları 7 milyon 799 min manat olub.
Bu dövrdə şirkətin müştərilərinə etdiyi ödənişlərin məbləği isə 1 milyon 448 min manat olub ki, bu da illik müqayisədə 5 milyon 676 min manat və ya 4,9 dəfə azalma deməkdir. Ötən ilin eyni dövründə şirkət tərəfindən zərərçəkmiş müştərilərə 7 milyon 124 min manat sığorta ödənişi edilib.
Şirkətin zərərlilik göstəricisi isə 17% təşkil edib.