“AzSığorta” ASC bu ilin I yarısında 5 milyon 226 min manat həcmcində sığorta haqqı toplayıb.
FED.az Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, şirkətin yığımları son bir illə müqayisədə 411 min manat, başqa sözlə 9% artıb. Əvvəlki ilin eyni dövründə “AzSığorta” ASC-nin yığımları 4 milyon 816 min manat olub.
Bu dövrdə şirkətin müştərilərinə etdiyi ödənişlərin məbləği isə 872 min manat olub ki, bu da illik müqayisədə 4 milyon 478 min manat və ya 6,1 dəfə azalma deməkdir. Ötən ilin eyni dövründə şirkət tərəfindən zərərçəkmiş müştərilərə 5 milyon 351 min manat sığorta ödənişi edilib.
Şirkətin zərərlilik göstəricisi isə 17 % təşkil edib.