Azərbaycan sığorta bazarının iştirakçılarından olan “AzSığorta” şirkətinin yığımlarının kəskin azalması tendensiyası davam edir.
FED.az Azərbaycan Mərkəzi Bankının (AMB) 2021-ci ilin yanvar-dekabr ayları üzrə açıqladığı hesabatına istinadən xəbər verir ki, şirkət ötən il ərzində cəmi 11,327 mln. manat həcmində sığorta haqqı toplayıb ki, bu da ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 4,586 mln. manat və ya 28,8% azdır.
Hesabat dövründə baş vermiş sığorta hadisələri üzrə ödənilən vəsaitlərin həcmində artım müşahidə olunub. Əvvəlki illə müqayisədə müqayisədə sığorta ödənişləri 1,416 mln. manat və ya 23,8% artaraq 7,367 mln. manata çatıb.