Sığorta

AZSIĞORTA ilə “180 gün dünya ətrafında” - SƏYAHƏT!

AZSIĞORTA ilə “180 gün dünya ətrafında” - SƏYAHƏT! | FED.az
09:45 12 Fev 2020

Azərbaycanın aparıcı sığorta şirkəti AZSIĞORTA ölkənin sığorta tarixində bir ilkə imza atdı. Fevral ayının əvvəlində şirkətin sponsorluğu ilə həyata keçiriləcək azərbaycanlı səyyah və tanınmış iş adamı  Fərid Novruzinin “180 gün dünya ətrafında” layihəsinə start verilib. Layihə çərçivəsində səyyah bütün meridianları 1 dəfə, ekvatoru isə iki dəfə keçməklə yanaşı 5 qitəyə və ən əsası iki ziddiyyətli nöqtəyə səfər etməyi planlaşdırır.

Fərid Novruzinin bu layihəsi haqqında anons ötən ilin yay aylarında yayımlanıb və ictimaiyyətin böyük marağına səbəb olub. Əslində bu, uzunmüddətli bir səfərdir və bu səfər ərzində səyyahımız bir sıra sərhədlər keçəcək, müxtəlif klimatik zonalarda olacaq, qarşısına dağlar və çaylar çıxacaq. Amma, qarşıda onu macəra dolu anlarla yanaşı gözlənilməz hadisələr də gözləyə bilər. Bunu nəzərə alıb, AZSIĞORTA şirkəti kənarda qalmamaq qərarına gəldi və “180 gün dünya ətrafında” layihəsinə öz tövhəsini vermək üçün Fərid Novruzini çox geniş riskləri əhatə edən səfər sığotrası ilə təmin etdi.

Qeyd edək ki, sığorta polisi AZSIĞORTA ASC tərəfindən imzalanan  “180 gün dünya ətrafında” layihəsinin baş sponsorları ölkənin ən nüfuzlu bankı “Pasha Bank” və lider mobil operatoru “Azercell Telekom” MMC-dir. 

AZSIĞORTA Azərbaycanda beynəlxalq reytinqə malik olan iki sığorta şirkətindən biridir. Ölkənin kapitallaşmaya görə aparıcı sığorta şirkətlərinin ilk üçlüyünə daxil olan AZSIĞORTA müştərilərlə etibarlı əməkdaşlıq nümayiş etdirir. AZSIĞORTA güclü bazar mövqeyinə malikdir və Azərbaycanın sığorta bazarında əmlak, məsuliyyət və avtomobil sığortası liderlərdən biridir.

 

Digər xəbərlər