Azərbaycanın aparıcı şirkətlərindən olan “AzSığorta” yeni tədris ili ərəfəsində aztəminatlı ailələrin uşaqlarını məktəb ləvazimatları ilə təmin edilməsinə dəstək olub. Bununla əlaqədar olaraq şirkətin əməkdaşları “Bir təbəssüm Bir ümid” layihəsi çərçivəsində sentyabrın 10-da Lerik rayonunun Brkandul kəndinə səfər ediblər.
Şirkətin əməkdaşları məktəblilərə müxtəlif kitab, dəftər, qələm, çanta, karandaş və hər bir məktəblinin ehtiyacı olan digər ləvazimatlar təqdim ediblər. Aksiyanın keçirilməsində məqsəd, aztəminatlı ailələrin uşaqlarına maddi və mənəvi dəstək olaraq, onların təhsil almalarına yardım etməkdir.
Qeyd edək ki, “AzSığorta” şirkəti öz Korporativ Sosial Məsuliyyət siyasəti çərçivəsində müxtəlif sahələrə dəstək verir, müxtəlif aksiya və kampaniyalar keçirir.
“AzSığorta” ölkənin ən stabil sığorta şirkətlərindən biridir. Fitch beynəlxalq reytinq agentliyi şirkətin etibarlığını təsdiq edərək, ona “B” reytinqini təyin etmişdir.