“AzSığorta” ASC bu ilin 8 ayında 6 milyon 358 min manat həcmində sığorta haqqı toplayıb.
FED.az Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, şirkətin yığımları son bir illə müqayisədə 532 min manat, başqa sözlə 9% artıb. Əvvəlki ilin eyni dövründə “AzSığorta” ASC-nin yığımları 5 milyon 826 min manat olub.
Bu dövrdə şirkətin müştərilərinə etdiyi ödənişlərin məbləği isə 1 milyon 83 min manat olub ki, bu da illik müqayisədə 5 milyon 285 min manat və ya 5,9 dəfə azalma deməkdir. Ötən ilin eyni dövründə şirkət tərəfindən zərərçəkmiş müştərilərə 6 milyon 369 min manat sığorta ödənişi edilib.
Şirkətin zərərlilik göstəricisi isə 17% təşkil edib.