“Azsığorta” şirkəti 2018-ci ili 4,7 milyon mənfəətlə bitirib.
FED.az xəbər verir ki, bu barədə şirkətin idarə heyətinin sədri Anar Talıbov bildirib.
O qeyd edib ki, şirkətin mənfəətinin səbəbi portfolianın keyfiyyətinin yaxşılaşdırılması, xəclərin azaldılması, investisiya gəlirlərinin daha da səmərəli idarə edilməsi və artımı ilə əlaqədardır. Yığımlar və ödənişlərə gəldikdə isə , 20 milyon manat yığım, 8 milyon manat ödəniş olunub. Kapitallaşma artaraq 29, 9 milyondan 34,7 milyona çatıb.
Ümumi aktivlər 61 milyon civarındadır. Debitor borclarının həcmi 1 milyon manatadək azalıb. Şirkət Nizamnamə kapitalının (20,3 milyon manat) həcminə görə, ilk 3-lükdədir.
Eləcə də bax: İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Nizamnamə fondu - ARTIRILDI
“Azsığorta” 4,7 milyon manatlıq mənfəət açıqladı - DETALLAR

11:45
8 Fev 2019