“AzSığorta” şirkətinin yığımlarında yenidən azalma müşahidə olunub.
FED.az Azərbaycan Mərkəzi Bankının (AMB) 2021-ci ilin yanvar-noyabr ayları üzrə açıqladığı hesabatına istinadən xəbər verir ki, şirkət bu ilin 11 ayı ərzində 10,341 mln. manat həcmində sığorta haqqı toplayıb ki, bu da ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 4,090 mln. manat və ya 28% azdır.
Yığımlardan fərqli olaraq hesabat dövründə baş vermiş sığorta hadisələri üzrə ödənilən vəsaitlərin həcmində artım müşahidə olunub. Son bir illə müqayisədə sığorta ödənişləri 1,323 mln. manat və ya 25% artaraq 6 765 mln. manat çatıb.