Azərbaycanın yeganə təkrarsığorta şirkəti olan “AzRe Təkrarsığorta” ASC 2021-ci il üzrə maliyyə hesabatını açıqlayıb.
FED.az şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, şirkətin ötən ilki xalis mənfəəti 2,830 mln. manat olub ki, bu da əvvəlki illə müqayisədə 18,3 dəfə çoxdur.
Ötən ildə şirkətin cəmi əməliyyat gəlirləri 62,933 mln. manat, cəmi əməliyyat xərcləri 59,416 mln. manat təşkil edib. 2020-ci ildə bu göstərici müvafiq olaraq 48,565 mln. manat, cəmi əməliyyat xərcləri 48,014 mln. manat təşkil etmişdi.
Hesabat dövründə şirkətin təkrarsığorta haqları 37,441 mln. manat və ya 2,2 dəfə azalaraq 31,878 mln. manata, investisiya gəlirləri isə 2,131 mln. manat və ya 30,1% azalaraq 4,773 mln. manata enib.
(Marja)