“Azərsığorta” Dövlət Sığorta Şirkəti müştərilərinin rahatlığını təmin etmək üçün Novruz bayramı ilə bağlı ölkədə elan edilən qeyri-iş günlərində də xidmət göstərəcək.
Şirkətin Mətbuat xidmətindən FED.az-a verilən məlumata görə, bayram günləri olmasına baxmayaraq vətəndaşlar həmişə olduğu kimi, şirkətin müvafiq sığorta xidmətlərindən yararlana biləcəklər.
Bayram günlərində müştərilər sığorta hadisələri, eləcə də digər müraciətlərlə bağlı “Azərsığorta” şirkətinin 24/7 rejimində fəaliyyət göstərən “Çağrı Mərkəzi”nə zəng edə bilərlər.
Əlaqə nömrələrimiz:
“Çağrı Mərkəzi” - *1200
Mobil: (+994) 51 505-12-00 (whatsapp)