Bir müddət öncə Azərbaycan Dövlət Sığorta Şirkətinə (“Azərsığorta”) Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən tətbiq edilən qadağanın aradan qaldırılması ilə bağlı FED.az-a verilən məlumat “Azərsığorta” İdarə Heyətinin Sədr Müavini Aftandil Hacıyev tərəfindən təkzib edilib.
Qeyd edək ki, bir neçə saat bundan əvvəl “Azərsığorta" tərəfindən FED.az-a Palatanın tətbiq etdiyi məhdudiyyətin aradan qaldırıldığı bildirilmişdi.
Xatırladaq ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının yaydığı məlumatda qeyd olunur ki, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti” tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə bağlanmış icbari sığorta müqavilələri Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa (Qanun) və “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olmayan şərtlərlə bağlanılması ilə əlaqədar Cəmiyyətlərə verilmiş icrası məcburi göstəriş-təqdimatlara vaxtında və tam əməl edilmədiyindən Qanunun 105.1.2-ci, 105.1.2.2-ci, 105.2-ci maddələrinə və Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) Nizamnaməsinin 4.10.5-ci yarımbəndinə əsasən Palatanın İdarə Heyətinin 16 may 2019-cu il tarixli qərarı ilə “Avtonəqliyyat vasitəsi sahiblərin mülki məsuliyyətinin icbari sığortası” növünə verilmiş icazənin ləğv edilməsi yolu ilə Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti”nə sığorta fəaliyyətinə verilmiş lisenziyaların qüvvəsi 17 may 2019-cu il tarixindən yol verilmiş nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılmışdır.
“Azərsığorta”Palatanın şirkətə tətbiq etdiyi məhdudiyyətlə bağlı əlavə - AÇIQLAMA
18:00
17 May 2019