Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Dövlət Sığorta Kommersiya Şirkətinin (“Azərsığorta”) fəaliyyətinə tətbiq etdiyi məhdudiyyəti aradan qaldırıb. Bu barədə FED.az –a “Azərsığorta”nın İdarə Heyətinin Sədr Müavini Aftandil Hacıyev məlumat verib.
Məlumata görə, məhdudiyyətlə bağlı qərar Palata tərəfindən bu gün qəbul edilib.
Qərara əsasən, “Azərsığorta”ya İcbari Sığorta Sisteminin informasiya sisteminə giriş üçün yenidən icazə verilib.
Xatırladaq ki, bir müddət öncə Maliyyə Bazarlarına Nəzarət Palatasının yaydığı məlumatda qeyd olunurdu ki, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti” tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə bağlanmış icbari sığorta müqavilələri Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa (Qanun) və “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olmayan şərtlərlə bağlanılması ilə əlaqədar Cəmiyyətlərə verilmiş icrası məcburi göstəriş-təqdimatlara vaxtında və tam əməl edilmədiyindən Qanunun 105.1.2-ci, 105.1.2.2-ci, 105.2-ci maddələrinə və Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) Nizamnaməsinin 4.10.5-ci yarımbəndinə əsasən Palatanın İdarə Heyətinin 16 may 2019-cu il tarixli qərarı ilə “Avtonəqliyyat vasitəsi sahiblərin mülki məsuliyyətinin icbari sığortası” növünə verilmiş icazənin ləğv edilməsi yolu ilə Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti”nə sığorta fəaliyyətinə verilmiş lisenziyaların qüvvəsi 17 may 2019-cu il tarixindən yol verilmiş nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılmışdır.
“Azərsığorta”nın fəaliyyətinə məhdudiyyət aradan qaldırılıb - AÇIQLAMA
17:04
21 May 2019