“Azərsığorta” Dövlət Sığorta Şirkəti “8 Mart Beynəlxalq Qadınlar Günü” münasibəti ilə “MADAM CasCo” adlı yeni kampaniyaya start verib.
FED.az xəbər verir ki, mart ayının 1-dən 10-dək davam edəcək kampaniya yaşı 22-dən yuxarı olan xanım sürücülərə şamil edilir.
“MADAM CasCo” məhsulundan yararlanan xanım sürücülər 25% ENDİRİM əldə etməklə 1 il ərzində baş verə biləcək avtonəqliyyat hadisələrinə görə tam sığorta təminatları əldə edəcək.
Şərtlərə əsasən, sığorta tarifi 1,5% başlayır və bazar dəyəri 10 000 manatdan çox olan avtomobillər sığortalanır.
“MADAM CasCo” məhsulunun üstünlüklərindən biri də xanım sürücülər üçün xüsusi güzəştlərin tətbiq edilməsidir. Güzəştlərə hadisə zamanı evakuasiya xidmətindən istifadə imkanı və sənədlərin sığorta şirkətinin əməkdaşları tərəfindən toplanması daxildir.
Müştərilər “MADAM CasCo” məhsulunu qeyd olunan əlaqə vasitələri ilə əldə edə bilərlər:
- (051) 505 12 00 whatsapp nömrəsi
- *1200 qısa nomrəsi
- [email protected]
- Filial və ofislərimizə yaxınlaşmaqla