Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə Heyətinin qərarı ilə Azərbaycan Dövlət Sığorta Şirkətinin (“Azərsığorta”) tətbiq edilən məhdudiyyət artıq aradan qaldırılıb.
FED.az –a “Azərsığorta”-nın İdarə Heyətinin Sədr Müavini Aftandil Hacıyev bildirib ki, Palatanın tətbiq etdiyi məhdudiyyət agentlərin İcbari Sığorta Bürosunda (İSB) də sistemə daxil edilən bəzi məlumatlarda yalnışlıqlara yol verməsinə görə olub. Belə ki, bəzi sığorta agentləri telefon nömrələri və pin kodlar var ki, onları düzgün qeyd etməyiblər. O səbədən də dünən axşam Palata(MBNP) tərəfindən məhdudiyyət tətbiq olunub. Lakin bu gün artıq demək olar ki, məhdudiyyət aradan qaldırlıb . Artıq Palataya və İcbari Sığorta Bürosuna(İSB) nöqsanların aradan qaldırlması ilə bağlı məlumat verilib. Yalnız agentlərin imza hüququ məsələsi qalıb ki, bu məsələ də yarım saata aradan qaldırılacaq deyə Aftandil Hacıyev bildirib.

Xatırladaq ki, bir müddət öncə Maliyyə Bazarlarına Nəzarət Palatasının yaydığı məlumatda qeyd olunurdu ki, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti” tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə bağlanmış icbari sığorta müqavilələri Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa (Qanun) və “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olmayan şərtlərlə bağlanılması ilə əlaqədar Cəmiyyətlərə verilmiş icrası məcburi göstəriş-təqdimatlara vaxtında və tam əməl edilmədiyindən Qanunun 105.1.2-ci, 105.1.2.2-ci, 105.2-ci maddələrinə və Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) Nizamnaməsinin 4.10.5-ci yarımbəndinə əsasən Palatanın İdarə Heyətinin 16 may 2019-cu il tarixli qərarı ilə “Avtonəqliyyat vasitəsi sahiblərin mülki məsuliyyətinin icbari sığortası” növünə verilmiş icazənin ləğv edilməsi yolu ilə Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti”nə sığorta fəaliyyətinə verilmiş lisenziyaların qüvvəsi 17 may 2019-cu il tarixindən yol verilmiş nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılmışdır.