Fəaliyyəti boyunca vətəndaşlarla əlaqələri daha da gücləndirməyi əsas məqsədlərdən biri kimi təyin edən “Azərsığorta” Dövlət Sığorta Kommersiya Şirkəti 10 000-ci şəxsi mükafatlandırdı.
Belə ki, “Azərsığorta”nın rəsmi “Facebook” səhifəsini bəyənən 10 000-ci şəxs Akif Zamanov şirkət tərəfindən “Tibbi ailə sığortası” məhsulu ilə təmin olundu.
Qaliblə ilkin tanışlıq zamanı məlum oldu ki, vətəndaşın sağlamlıq imkanları məhduddur və şirkət tərəfindən ona məhz tibbi sığorta paketi təqdim edildi. Sözügedən sığorta paketi ilə yalnız Akif Zamanov deyil, həmçinin onun ailəsi də paytaxtın müxtəlif tibb müəssisələrinə müraciət edərək bütün növ müayinələrdən keçə biləcəkdir.