Azərbaycanın yeganə dövlət təsisli şirkəti olan “Azərsığorta” şirkəti cari ilin yanvar-fevral aylarını uğurlu maliyyə nəticələri ilə başa vurub. Belə ki, bazarın aktiv iştirakçılarından olan “Azərsığorta” şirkəti son bir il ərzində yığımlarında ciddi artıma nail olub.
Şirkət rəhbərliyinin düzgün istiqamətə yönəlmiş strategiyası nəticəsində peşəkar satış komandası tərəfindən qeyd olunan dövr ərzində 4 milyon manata yaxın sığorta haqqı toplanmışdır. Komanda yığım portfelini əmlakın icbari və könüllü sığortası, avtomobillərin könüllü və icbarı sığortası həmçinin təqdim edilən digər sığorta növlərindən əldə olunan sığorta haqları hesabına formalaşdırıb.
FED.az Azərbaycan Mərkəzi Bankının (AMB) 2023-cü ilin yanvar-fevral ayı üzrə açıqladığı hesabatına istinadən xəbər verir ki, cari ilin ilk iki ayında “Azərsığorta” şirkətinin yığım portfeli 3,893 milyon manatadək yüksəlib ki, bu da 2022-ci ilin analoji dövrün göstəricisi ilə müqayisədə 2,247 milyon manat və ya 2,4 dəfə çoxdur. Şirkət həmçinin cari ilin yanvar-fevral aylarında müxtəlif sığorta hadisələri üzrə zərərçəkmiş müştərilərinə ümumilikdə 2,507 mln. manat həcmində sığorta ödənişi verilmişdir. Sığorta ödənişləri qanunvericiliyin tələbinə uyğun olaraq gecikdirilmədən vaxtında həyata keçirilib.
Yığımlardakı artımla yanaşı son bir il ərzində şirkətin bazar payında da artım müşahidə olunub. Belə ki, son bir il ərzində “Azərsığorta” şirkəti bazardakı mövqeyini daha da gücləndirərək bazar payını 0,84 faiz bəndi artıraraq 1,76%-ə çatdırıb.
Aparılan təhlil nəticəsində belə nəticəyə gəlmək olur ki, şirkətin əsas maliyyə göstəricilərindəki artım tendensiyası tənzimləyici orqanın yayımladığı növbəti dövrü hesabatlarda dərc olunacaq. Çünki buna əsas kimi şirkətin peşəkarlardan ibarət güclü menecment və satış heyətini qeyd etmək olar.
Qeyd edək ki, “Azərsığorta” şirkəti yığımların artım dinamikasına görə (yanvar-fevral 2023 – yanvar-fevral 2022) ölkədə fəaliyyət göstərən sığortası şirkətləri sırasında ilk üçlükdə qərarlaşıb.
Xatırladaq ki, “Azərsığorta” Dövlət Sığorta Kommersiya Şirkəti Cənubi Qafqazın ilk sığorta qurumu olaraq 21 oktyabr 1921-ci ildə Azərbaycan SSR-də yerli Dövlət Sığorta İdarəsi kimi fəaliyyətə başlayıb. 1991-ci ildə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında fəaliyyət göstərən Dövlət Sığortası İdarə heyəti bazasında Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti yaradılıb.
Hazırda “Azərsığorta” brendi ilə fəaliyyətini uğurla davam etdirən “Azərsığorta” Dövlət Sığorta Şirkəti 36 növdə könüllü və icbari sığorta məhsulları üzrə xidmətlər təqdim etməklə respublikada geniş filial şəbəkəsinə malikdir.
Cağrı Mərkəzi - *1200
https://azersigorta.az/