Keyfiyyətli xidmət sahəsində müştəri münasibətlərinin təkmilləşdirilməsinə xüsusi önəm verən “Azərsığorta” Dövlət Sığorta Şirkəti bu istiqamətdəki yeniliklərini uğurla davam etdirir.
Şirkətin mətbuat katibliyindən FED.az biznes maliyyə portalına verilən məlumata görə, “Azərsığorta” Dövlət Sığorta Şirkəti fasiləsiz iş rejiminə keçib.
Fasiləsiz iş rejiminin tətbiq edilməsində əsas məqsəd rahat və keyfiyyətli sığorta xidmətləri təqdim etməklə müştərilərin dəyərli vaxtına qənaət etməkdir.
İş günlərində sığorta xidmətləri üçün “Azərsığorta” Dövlət Sığorta Şirkətinə gələ bilməyən müştərilər, həftə içi nahar vaxtı saat 13:00-14:00-dək, şənbə günləri isə saat 10:00-dan 14:00-dək (C.Məmmədquluzadə küç. 102A - City Point Biznes Mərkəzi) ofisimizə yaxınlaşa bilər.
Xatırladaq ki, Azərsığorta” Dövlət Sığorta Kommersiya Şirkəti Cənubi Qafqazın ilk sığorta qurumu olaraq 21 oktyabr 1921-ci ildə Azərbaycan SSR-də yerli Dövlət Sığorta İdarəsi kimi fəaliyyətə başlayıb. 1991-ci ildə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında fəaliyyət göstərən Dövlət Sığortası İdarə Heyəti bazasında Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti yaradılıb.
Hazırda “Azərsığorta” brendi ilə fəaliyyətini uğurla davam etdirən “Azərsığorta” Dövlət Sığorta Şirkəti 36 növdə könüllü və icbari sığorta məhsulları üzrə xidmətlər təqdim etməklə respublikada geniş filial şəbəkəsinə malikdir.
“Azərsığorta” sığorta yığımları və sığorta ödənişlərinin həcminə görə bazarın qabaqcıl şirkətlərindəndir.