“Azərsığorta” Dövlət Sığorta Kommersiya Şirkəti ölkənin köklü sığorta şirkəti olaraq 102-ci ildönümünü qürur və xoşbəxtliklə qeyd edir.
FED.az xəbər verir ki, son dövrlər ərzində Şirkət hərtərəfli innovasiyalar, sosial məsuliyyət layihələri və əməkdaşlıqları ilə seçilmişdir.
“Azərsığorta” ilk dövlət sığorta şirkəti olaraq 102 ildir ki, fasiləsiz xidmət göstərir. Bu müddət ərzində şirkətin müştəriyönümlü yanaşması, yüksək etik standartları və etibarlılığı onu sığorta sahəsinin aparıcı oyunçusuna çevirmişdir. 102 il ərzində qazanılan təcrübə və müştəri loyallığı Şirkəti daha güclü və daha qətiyyətlə irəliləməyə ruhlandırır.
Son bir ildə müxtəlif istiqamətlərdə fəaliyyət göstərən bir çox şirkət və tibb müəssisəsiləri ilə strateji əməkdaşlıqlar qurulmuşdur. Bu əməkdaşlıqlar Şirkətin müştərilərinə daha yaxşı xidmət göstərməyinə imkan yaratmışdır.
“Azərsığorta” şirkəti sosial məsuliyyət layihələrinə böyük əhəmiyyət vermiş və cəmiyyətin müxtəlif təbəqələrinə kömək etmək və davamlılıq prinsiplərini dəstəkləmək məqsədilə müxtəlif layihələr də həyata keçirmişdir.
Bundan əlavə Şirkət Azərbaycan sığorta sektorunda bir ilk olan "Sığorta Festivalı"nda iştirak etmiş, sığorta sahəsinin inkişafı və innovasiyalarının dəstəklənməsinə yönəlmiş bu mühüm tədbirə öz töhfələrini vermişdir.
Bakı, Sumqayıt, Naxçıvan və 10 iqtisadi rayonda hazırda fəaliyyətini inamla davam etdirən Dövlət Sığorta Kommersiya Şirkəti müştərilərinə və cəmiyyətə olan bağlılığını etibarlı şəkildə inkişaf etdirir.
FED.AZ komandası olaraq, "Azərsısğorta" şirkətinin bütün əməkdaşlarını təbrik edir, onlara fəaliyyətlərində uğurlar arzulayırıq!