Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos) ““Azersky-2” layihəsinin icrası çərçivəsində sağlamlıq sığortası üzrə xidmətlərin satın alınması barədə” tenderinin nəticələrini elan edib.
FED.az xəbər verir ki, tenderin qalibi “DavidShield Life Insurance Agency (2000) LTD” şirkəti olub.
Qalib şirkətlə 195 493,2 manat məbləğində müqavilə imzalanıb.
Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos) bu barədə tenderi dövlət satınalmaları portalından kənar ( bir mənbədən satınalma metodu) elan edib.
Agentlik daha öncə də Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos) “İsraildə sağlamlıq sığortası üzrə xidmətlərin satın alınması” tenderi bu şrikətə həvalə etmişdi.