2023-ci ilin müvafiq dövrü ilə müqayisədə 2024-cü ilin birinci yarımilliyində sığorta sektorunun xalis mənfəəti 20% (16 mln.manat) artaraq 98 mln. manat olmuşdur.
Sığorta yığımlarını daha çox artıran 5 şirkət - SİYAHI
FED.az xəbər verir ki, bu, Mərkəzi Bankın dərc etdiyi 2024-cü ilin 1-ci yarımili üzrə Maliyyə Sabitliyi Hesabatında bildirilir.
Qeyd edilib ki, qaytarılan sığorta haqlarının və işlərin aparılması xərcləri fonunda həyat sığorta şirkətləri üzrə mənfəətlilik 5 mln. manat azalaraq 41 mln.manat, qeyri-həyat sığorta şirkətləri üzrə mənfəətlilik 9 mln. manat artaraq 41 mln.manat, təkrarsığorta şirkəti üzrə mənfəətlilik 12 mln. manat artaraq 15 mln. manat olmuşdur.
2024-cü ilin ilk yarısının sonuna olan məlumatlara əsasən Azərbaycan sığorta bazarında 17 sığorta və bir təkrarsığorta şirkəti fəaliyyət göstərir. Sığorta şirkətlərindən 5-i həyat, 12-i isə qeyri-həyat sığorta şirkətidir. Sığorta sektorunun fəaliyyəti həmçinin 23 sığorta brokeri və 483 sığorta agenti vasitəsilə təmin edilmişdir.