«S&P Global Ratings» Beynəlxalq Reytinq Agentliyi Azərbaycanın sığorta bazarında təmərküzləşmənin yüksək səviyyədə olduğunu bildirib.
Eləcə də bax: Sığorta bazarında vəziyyət açıqlandı – RƏQƏMLƏR
«Azərbaycanın sığorta bazarında 21 sığorta şirkəti fəaliyyət göstərir, onlardan 17-si qeyri-həyat, 4 şirkət isə həyat sığortası ilə məşğuldur. Biz sığorta bazarında konsentrasiyanın yüksək olduğunu qeyd edirik: «5 ən böyük şirkət, qeyri-həyat sığorta bazarının 70%-ə nəzarət edir. Bizim fikrimizcə, iri şirkətlər daha tannımış brendlərə malikdirlər, müştərilərin onların sığorta məhsulları haqqında daha böyük biliklərə malik olmasından, eləcə də satış şəbəkəsinin imknalarından istifadə edirlər»-deyə S&P-in Azərbaycanın sığorta bazarındakı risklərlə bağlı hesabatında deyilir.
FED.az «İnterfaks-Azərbaycan»a istinadən xəbər verir k, agentliyin analitikləri qeyd edir ki, hazırda sığorta bazarının tənzimlənməsi rejimi bazara yeni şirkətlərin daxil olmasını mane olmur: «Bununla yanaşı, son illər tənzimləyici orqan sığorta sektorunun «təmizliyi» ilə məşğul olub. Nəticədə son 4 ildə bazardan 5 sığorta şirkəti çıxıb. Biz gözləyirik ki, qarşıdakı illərdə bu tendensiya davam edəcək və maliyyə problemləri olan daha zəif şirkətlər bazardan gedəcəklər».
Hesabatdan da görünür ki, xarici investorlprrvn Azərbaycanın sığorta bazarına marağı aşağı səviyyədədir: «Biz xarici investorların Azərbaycanın sığorta bazarına ciddi marağını görmürük. Xarici sığorta şirkətləri son illər Azərbaycanın sığorta bazarında fəaliyyət göstərməyi dayandırırlar. Bu da onların qlobal strategiyasının dəyişməsi ilə bağlıdır. Ona görə də yaxın illərld Azərbaycanın sığorta bazarına yeni şirkətlərin gələcəyini gözləmirik», -deyə hesabatda bildirilir.
«S&P» Azərbaycanın sığorta bazarının strukturunu konservativ sayır (yəni yeni məhsullar azdır) «Bu bazarda pul vəsaitləri və fiksə olunmuş gəlirli alətlər – istiqrazlar var. Biz bu vəziyyətin qarşıda da davam edəcəyini gözləyirik. Biz istiqraz buraxan emitentlərin reytinqinin aşağı salınacağı və ya defoltu ilə bağlı potensial risklərin olduğunu da bildiririk», - deyə hesabatda bildirilir.