Azərbaycanın sığorta sektorunda "Mühüm iştirak payı" anlayışının dəyişdirilməsi təklif olunur.
Sığorta şirkətinə rəhbər təyin edilməsi - QAYDASI DƏYİŞİR - YENİ QANUN
FED.az xəbər verir ki, bu "Sığorta fəaliyyəti haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Sənədə əsasən, mühüm iştirak payı – nizamnamə kapitalında yerləşdirilmiş səhmlərin 20 %-nə və yaxud daha çox hissəsinə birbaşa və yaxud dolayı yolla malik olmadır (hazırda bu rəqəm 10 %-dir).
Şəxs hüquqi şəxsdə o zaman dolayı yolla mühüm iştirak payının sahibi hesab edilir ki, o, bu hüquqi şəxsdə mühüm iştirak payına malik olan digər hüquqi şəxsə əhəmiyyətli nəzarəti həyata keçirsin.