Bu ilin yanvar-oktyabr aylarında Azərbaycandakı 21 sığorta şirkətinin xətti ilə 617,171 mln. manat məbləğində sığorta haqqı toplanılıb.
FED.az Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 33,4% çoxdur.
10 ay ərzində sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 205,96 mln. manat təşkil edib. Bu isə illik müqayisədə 0,65% çoxdur.
Könüllü sığorta bazarı üzrə haqlar 450.8 mln. manat, ödənişlər isə 149.7 mln. manat təşkil edib. İcbari sığorta bazarı üzrə haqlar 166.4 mln. manat, ödənişlər isə 56.2 mln. manat olub.
2018-ci ilin yanvar-oktyabr ayları ərzində sektor üzrə məcmu sığorta haqlarının 73.0%-i könüllü, 27.0%-i isə icbari sığorta növlərinin payına düşüb. Sığorta ödənişlərinin 72.7%-i könüllü, 27.3%-i isə icbari sığorta növləri hesabına formalaşıb.
Bu il sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 33,4 manatı ödəniş edilib. 2017-ci ilin müvafiq dövründə bu göstərici 44,2 manat olub.