Bu ilin I rübündə Azərbaycandakı 20 sığorta şirkətinin xətti ilə 248,989 milyon manat məbləğində sığorta haqqı toplanılıb.
Eləcə də bax: Sığorta şirkətləri 2020-ci ili belə başa vurdular – MƏNFƏƏT-ZƏRƏR – MƏBLƏĞLƏR (2020)
FED.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 3,4% çoxdur.
Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 145,345 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 88,5% çoxdur.
2021-ci ilin yanvar-mart aylarında sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 58,4 manatı ödəniş edilib. 2020-ci ilin eyni dövründə bu göstərici 32 manat olub. (Report)