Bu ilin yanvar ayında Azərbaycandakı 22 sığorta şirkətinin xətti ilə 111,55 milyon manat məbləğində sığorta haqqı toplanılıb.
Eləcə də bax: Azərbaycanda işlərin dayanmasından - SIĞORTA 570 DƏFƏ ARTIB
FED.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 26,5% çoxdur.
Ay ərzində sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 26,185 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 52,6% çoxdur.
2020-cu ilin yanvar ayında sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 23,5 manatı ödəniş edilib. 2019-cu ilin yanavr ayında bu göstərici 19,5 manat olub.