Azərbaycanın sığorta bazarı 2025-ci ilin ilk doqquz ayında böyüməyə davam edib, lakin ödənişlərdəki artım yığımları üstələyib ki, bu da ümumi zərərliliyi artırıb.
FED.az Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, 2025-ci ilin yanvar-sentyabr aylarında sığorta şirkətlərinin ümumi yığımları 1 milyon 157 min manat təşkil edib. Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 133 min 547 manat (13%) çoxdur.
Hesabat dövründə həyata keçirilən ümumi sığorta ödənişləri isə 683 milyon 896 min manata çatıb. Bu rəqəm illik müqayisədə 130 min 150 manat (23,5%) artımdır.
Ödənişlərdəki artım tempinin (23.5%) yığımlardakı artım tempini (13%) üstələməsi nəticəsində ümumi zərərlilik göstəricisi son bir ildə 5,1 faiz bəndi artaraq 54,1%-dən 59,1%-ə yüksəlib.














