Bu ilin yanvar-avqust aylarında Azərbaycandakı 20 sığorta şirkətinin xətti ilə 654,918 milyon manat məbləğində sığorta haqqı toplanılıb.
Eləcə də bax: Sığorta yığımlarının həcmi üzrə - ŞİRKƏTLƏRİN RENKİNQİ (YANVAR-İYUN, 2022)
FED.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 12,8 % çoxdur.
Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 283,671 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 16,5 % azdır.
8 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 43,3 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 58,5 manat olub. (Report)