2024-cü ildə Azərbaycanın sığorta bazarı 1 milyard 353 milyon 185 min manata bərabər olub.
FED.az bu barədə Mərkəzi Banka istinadən xəbər verir.
Məlumata görə sığorta bazarında 2023-cü illə müqayisədə 130 milyon 648 min manat (10,7% artım baş verib.
2023-cü il ərzində ümumi sığorta bazarı 1 milyard 222 milyon 537 min manat olub.
Hesabat dövründə sığorta ödənişləri 165 milyon 387 min manat (28,2%) artaraq 587 milyon 325 min manatdan, 752 milyon 712 min manata yüksəlib.
Bu dövrdə sığorta şirkətləri topladığı hər 100 manat sığorta haqqının 56-sını müştərilərinə geri ödəyib. 2023-cü ildə isə bu göstərici 48 manat idi. Bu da illik müqayisədə sığorta ödənişlərində 10 manat artımın olması deməkdir.