Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandakı 22 sığorta şirkətinin xətti ilə 581,509 milyon manat məbləğində sığorta haqqı toplanılıb.
FED.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 11,3% çoxdur.
Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 307,762 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 52,6% çoxdur.
2020-cu ilin yanvar-sentyabr aylarında sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 52,9 manatı ödəniş edilib. 2019-cu ilin yanvar-sentyabr aylarında bu göstərici 38,6 manat olub.