2024-cü ilin yanvar-oktyabr aylarında Azərbaycan sığorta bazarı üzrə yığımlar 1 milyard 112 milyon 27 min manata çatıb.
FED.az bu barədə Mərkəzi Banka istinadən xəbər verir .
Məlumata görə bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 92 milyon 282 min manat və ya 9% çoxdur.
Bu dövrdə həyata keçirilən sığorta ödənişlərin həcmi 167 milyon 287 min manat və ya 36,8% artaraq 622 milyon 301 min manata yüksəlib.
Sığorta bazarının zərərlilik göstəricisi artıb. Belə ki, ötən ilin ilk 10 ay ərzində toplanmış hər 100 manat sığorta haqqının 44,6 manatı ödənişə yönəldilmişdisə, bu ilin eyni dövründə bu rəqəm 55,9 manata yüksəlib.