Onlayn xidmətlərin geniş yayıldığı və tətbiq edildiyi bir dövrdə Azərbaycanda fəaliyyət göstərən bəzi sığorta şirkətləri hələ də bu xidmətləri tətbiq etməkdə acizdir.
FED.az araşdırma qrupu avtomobillərin icbari sığortasının onlayn əldə edilməsi üçün Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri üzrə araşdırma aparıb.
Araşdırma nəticəsində məlum olub ki, bir çox sığorta şirkətində bu məhsul üzrə şəhadətnaməni onlayn qaydada əldə etmək mümkün deyil. Bir sözlə aşağıda siyahıda adları qeyd edilən sığorta şirkətlərinin rəsmi internet səhifələrində bu onlayn xidmət hələ də tətbiq edilməyib.
Müəyyən olunub ki, müştəri öz avtomobilin icbari növ üzrə onlayn qaydada sığortalamaq istəyirsə “Xalq Sığorta”, “PAŞA Sığorta”, “Ata Sığorta”, “AzSığorta”, “Sənaye Sığorta”, “İpək Yolu Sığorta”, “Meqa Sığorta”, “Günay Sığorta” və “Atəşgah Sığorta” şirkətlərinin rəsmi internet səhifələrinə daxil olmaqla sığorta şəhadətnaməsi əldə edə bilər.
Qeyd edək ki, araşdırma nəticəsində məlum olub ki, müştəri onlayn qaydada avtomobilinin icbari sığortasını ən tez bir vaxtda "Paşa Sığorta" şirkətindən əldə edə bilər. Çünki şirkət onlayn platforması sadə şəkildə tətbiq etməklə müştərinin məhsula əlçatanlığını tam təmin edib. Müştəri bu məhsulu onlayn qaydada cəmi bir neçə saniyəyə əldə edir.
FED.az avtomobillərin icbari sığortasını onlayn qaydadaya tətbqiq edən və etməyən sığorta şirkətlərinin siyahısını təqdim edir.
Şirkətlər |
Avtomobillərin onlayn icbari sığortası |
"Bakı Sığorta" |
İcbari Sığorta Bürosunun üzvü deyil |
Naxçıvansığorta |
Yoxdur |
“Azərsığorta” Dövlət Sığorta Şirkəti |
Yoxdur |
Rəvan Sığorta |
Yoxdur |
Amrah Sığorta |
Yoxdur |
A-Group sığorta |
İcbari Sığorta Bürosunun üzvü deyil |
AXAMBASK Sığorta |
Yoxdur |
"Qala Sığorta" |
https://api-eroom.isb.az/runApp?doc=project.AppHisVehiclePolicy&iframe=1 |
“Xalq Sığorta” |
https://api-eroom.isb.az/runApp?doc=project.AppHisVehiclePolicy&iframe=1 |
Sənaye Sığorta |
|
"İpək Yolu Sığorta" |
|
"Meqa Sığorta" |
|
Günay Sığorta |
|
Paşa Sığorta |
https://mas.pasha-insurance.az/cmtplonline/public/cmtpl.aspx |
Azsığorta |
https://azsigorta.az/az/products/compulsory-insurance/online-request/ |
Atəşgah Sığorta |
|
Ata Sığorta |