Ötən il Yaşıl Kart Sistemi çərçivəsində 57 347 sığorta müqaviləsi rəsmiləşdirilib ki, həmin müqavilələr üzrə 10 milyon 131,246 min manat sığorta haqqı toplanıb.
Yaşıl Kart Sistemi çərçivəsində fəaliyyət göstərmək hüququ olan sığortaçılar - ADLARI
FED.az bu barədə İcbari Sığorta Bürosuna (İSB) istinadən xəbər verir.
Bu, 2022-ci illə müqayisədə müvafiq olaraq 2,6 dəfə və 3,4 dəfə çoxdur.
"Artımın ən önəmli səbəbi 1 yanvar 2023-cü il tarixindən Gürcüstan və Qazaxıstanda qeydiyyatdan keçmiş nəqliyyat vasitələrinə Azərbaycan yaşıl kartlarının satılmasıdır.
Belə ki, 2023-cü ildə Qazaxıstan və Gürcüstan qeydiyyatlı nəqliyyat vasitələri üçün 12 335 sığorta müqaviləsi rəsmiləşdirilib və 6 milyon 144,869 min manat sığorta haqqı toplanıb. Həmin sığorta müqavilələrinin təqribən 9 075 ədədi Qazaxıstan, 3 260 ədədi isə Gürcüstan qeydiyyatında olan nəqliyyat vasitələrinə münasibətdə tərtib olunub. Beləliklə dövr ərzində və ilk dəfə sistem çərçivəsində Azərbaycan sığortaçıları 6 milyon manatdan çox sığorta xidmətini ixrac edib. Müvafiq dövrdə Qazaxıstan və Gürcüstan qeydiyyatlı nəqliyyat vasitələrinin törətdikləri hadisələr üzrə 179 154 manat sığorta ödənişi həyata keçirilib.