Azərbaycanın ən böyük və ən kiçik sığorta şirkətləri məlum olub.
FED.az-ın tərtib etdiyi siyahıya əsasən 2024-cü ilin sonuna ölkədə fəaliyyət göstərən 16 sığorta və həyat sığortası şirkətlərinin aktivlərinin ümumi həcmi 1,9 milyard manatı ötüb.
Bunun da təxminən 1,3 milyard manatı 3 şirkətin payına düşür - «Paşa Holdinq»ə daxil olan «Paşa Həyat Sığorta» ASC və «Paşa Sığorta» ASC, eləcə də «Atəşgah Həyat Sığorta» ASC.
«Paşa Həyat Sığorta» 819,9 milyon manat həcmində aktivlərə malikdir.
«Paşa Sığorta»nın aktivləri 351,3 milyon manat təşkil edib, «Atəşgah Həyat Sığorta»nın aktivləri isə 126,3 milyon manata yaxınlaşıb.
Bununla yanaşı "Xalq Sığorta" şirkəti 89 milyon manat, "Qala Sığorta" şirkəti təxminən 87 milyon manat aktivlərə malik olub.
Aktivləri həcmcə ən az olan şirkətlər isə "Aqrar Sığorta (14,6 milyon manat) və "AtaSığorta" şirkəti olub.