Qısa zamanda Azərbaycanın həyat sığortası bazarının əsas oyunçusuna çevrilən “Xalq Həyat” şirkətində sürətli inkişaf tendesiyası davam etməkdədir. Şirkət rəhbərliyinin düzgün istiqamətə yönəltmiş strategiyası nəticəsində son illər ərzində müştərilərin “Xalq Həyat” şirkətinə olan inam və etbarı artmaqdadır. Həmçinin peşəkar satış komandasının çevik və müştəriyönümlü olması nəticəsində şirkətə müştəri axını daha da sürətlənib.
FED.az xəbər verir ki, buna sübut olaraq şirkət tərəfindən cari ilin yanvar-may aylarında 3,076 mln. manadan çox sığorta haqı toplanılıb ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 0,954 mln. manat və ya 45% artım deməkdir.
Qeyd etməliyik ki, həyat sığortası bazarının 1,5%dək paya sahib olan “Xalq Həyat” şirkəti korporativ müştərilərlə yanaşı fərdi müştərilərə bazar şərtlərinə uyğun şəkildə sərfəli sığorta məhsulları təqdim edir. Müştərilərin şirkətə ən çox müraciət etdiyi sığorta növləri sırasına “Kredit götürən şəxslərin həyat sığortası”, “Həyatın yaşam sığortası”, “Sağalmaz xəstəliklərdən sığorta”, “Fərdi həyat sığortası”, “Qrup halında sığorta” və “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta” növləri daxildir. Məhz elə şirkətin sağlam sığorta portfeli də sözügedən növlərdən əldə olunan daxilolmalar hesabına formalaşıb.
Şirkətin maliyyə göstəricilərindəki artım sığorta ödənişlərində də özünü göstərib. Bazarda bir sığorta şirkəti üçün ən yaxşı performans və ya imic nədir? - Sığorta şirkəti tərəfindən müştəriyə ödəniləcək sığorta ödənişinin qanunvericiliyə uyğun olaraq operativ və vaxtında ödənməsidir. Bunun da nəticəsində, şirkət bazarda müsbət imiclə yanaşı yüksək səviyyəli müştəri məmnunluğu qazanmış olur.
Bu məmnuniyyəti qazanmış “Xalq Həyat” təkcə cari ilin ilk 5 ayında müştərilərinə müxtəlif sığorta hadisələrinə görə 0,136 mln. manat sığorta ödənişi vermişdir. Ötən ilin eyni dövü ilə müqayisədə sığorta ödənişlərinin həcmində 0,053 mln. manat və ya 64% artım olub.
Ümumiyyətlə, şirkət əvvəlki dövrlərdə olduğu kimi cari ilin yanvar-may ayları üzrə də bazardakı mövqeyini qoruyub saxlayıb.
Belə ki, “Xalq Həyat” şirkəti yığımların artım dinamikasına görə (yanvar-may 2021 – yanvar-may 2022 müqayisə) ölkədə fəaliyyət göstərən həyat sığortası şirkətləri sırasında ilk yerlərdə qərarlaşıb. Bu göstəriciyə nail olmaqla “Xalq Həyat” şirkəti 45% artımla bu rəqiblərini (“Paşa Həyat” (28%), “Qaa Həyat” (18%) və Atəşgah Həyatı (11%) geridə qoyub.
Xatırladaq ki, 27 mart 2019-cu ildən 5 illik lisenziya əsasında fəaliyyə başlayan “Xalq Həyat” sığorta şirkəti bazara ən sərfəli şərtlərlə könüllü sığorta məhsulları təqdim edən həyat sığortası şirkətidir.
Əlaqə nömrəsi – 1183