Bu ilin yanvar-iyul aylarının göstəricilərinə görə, Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətlərinin ödəniş yığım nisbəti – zərərlilik göstəricisi azalıb.
Sığorta yığımlarının artıb-azaldığı sığorta sinifləri - RƏQƏMLƏR (YANVAR-İYUL, 2026)
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, zərərlilik göstəricisi ən çox azalan şirkət «Aqrar Sığorta» ASC olub. Belə ki, şirkət bu ilin yanvar-iyul aylarında 16 milyon 940 min manat sığorta haqqı toplayıb və ondan 1 milyon 133 min manat sığorta ödənişi edib. Şirkətin zərərlilik göstərici 6,7%-ə bərabər olub. Başqa sözlə, «Aqrar Sığorta» ASC topladığı hər 100 manat sığorta haqqına görə, 6,7 manat sığorta ödənişi edib.
Ötən ilin yanvar-iyul aylarında isə şirkət 13 milyon 491 min manat sığorta yığımlarından 4 milyon 772 min manat ödəniş etmişdi. Yəni zərərlilik göstəricisi 35,4% olmuşdu. İllik müqayisədə şirkətin zərərlilik göstəricisi 35,4%-dən 6,7%-ə düşüb – 28,7 faiz bəndi və ya 5,3 dəfə azalma olub.
«Meqa Həyat Sığorta» ASC-nin də zərərlilik göstəricisi azalıb. 2025-cii lin ilk 7 ayında 9 milyon 400 min manat sığorta haqqından 3 milyon 55 min manat ödəniş edən şirkət bu ilin ilk 7 ayında 17 milyon 413 min manat sığorta haqqından 3 milyon 577 min manat sığorta ödənişi edib.
Şirkətin zərərliliyi 32,5%-dən 20,5%-ə düşüb, - yəni 12 faiz bəndi və ya 36,9% azalıb.
Zərərliliyi azalan şirkətlər arasında üçüncü yeri «Xalq Həyat Sığorta» ASC tutub. Şirkət bu ilin yanvar-iyul aylarında 7 milyon 333 min sığorta yığımlarından 2 milyon 943 min manat sığorta ödənişi edib. Ötən ilin eyni dövründə isə 6 milyon 196 min manat sığorta yığımından 3 milyon 648 min manat sığorta ödənişi edilmişdi.
Yəni şirkət ötən ilin hesabat dövründə topladığı sığorta haqqının 58,9%-ini sığorta ödənişi kimi geri qaytarmışdısa, bu ilin eyni dövründə bu rəqəm 40,1%-ə düşüb. İllik azalma 18,8 faiz bəndi və ya 31,9% olub.
«Atəşgah Sığorta» ASC də zərərlilik göstəricisi azalan şirkətlər arasındadır. Belə ki, şirkət bu ilin ilk yeddi ayında 50 milyon 491 min manat sığorta haqqından 24 milyon 803 min manat ödəniş edib. Ötən ilin eyni dövründə isə 37 milyon 84 min manat sığorta yığımından 22 milyon 877 min manat ödəniş olunmuşdu.
Şirkətin zərərlilik göstəricisi ötən ilin ilk yeddi ayında 61,7%, bu ilin ilk yeddi ayında isə 49,1% olub. İllik azalma 12,6 faiz bəndi, yaxud da 20,4% təşkil edib.














