İqtisadiyyat Nazirliyinin Dövlət Vergi Xidməti tərəfindən sığorta və təkrarsığorta brokeri qeydiyyata alınıb.
FED.az xəbər verir ki, bu "Union Sığorta və Təkrarsığorta Brokeri" MMC-dir.
Şirkətin nizamnamə kapitalı 1000 manatdır.
MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Ak.Şamil Əzizbəyov ev.148 m.43, giriş 3-dür.
Sığorta və təkrarsığorta brokerinin qanuni təmsilçisi Zeynalov Fərid Fuad oğludur.