Ötən il Azərbaycan ərazisində Yaşıl Kart Sistemi çərçivəsində 45 012 sığorta müqaviləsi rəsmiləşdirilib ki, həmin müqavilələr üzrə 3 milyon 986,377 min manat sığorta haqqı toplanıb.
Yaşıl Kart Sistemi çərçivəsində fəaliyyət göstərmək hüququ olan sığortaçılar - ADLARI
FED.az bu barədə İcbari Sığorta Bürosuna (İSB) istinadən xəbər verir.
Bu, 2022-ci illə müqayisədə müvafiq olaraq 103 % və 32 % çoxdur.
“Ümumilikdə 2022-ci il ərzində 281 yol-nəqliyyat hadisəsinə görə təqribən 911 min 554 manat, 2023-cü il ərzində isə Gürcüstan və Qazaxıstanda qeydiyyatdan keçmiş nəqliyyat vasitələrinə Azərbaycan yaşıl kartlarının satılması da nəzərə alınaraq 429 yol-nəqliyyat hadisəsinə görə 1 milyon 661,565 min manata yaxın sığorta ödənişi həyata keçirilib. 2022-ci il ərzində bir hadisə üzrə ortalama sığorta ödənişi 3 244 manat, 2023-cü il ərzində isə 3 873 manat təşkil edib.
2022-2023-cü illər ərzində əsasən xarici ölkələrdə baş vermiş hadisələr üzrə zərərlilik nisbətləri də ciddi fərqlilik göstərməkdədir. Belə ki, 2022-ci il ərzində toplanan sığorta haqlarının 30 %-i həcmində sığorta ödənişi verilib, 2023-cü il ərzində isə bu nisbət 16 % təşkil edib", - İSB bildirib.
2022-ci il ərzində ölkə daxilində 57 yaşıl kart hadisəsi üzrə 140 min manata yaxın sığorta ödənişi həyata keçirilib, 2023-cü il ərzində isə 55 yaşıl kart hadisəsi üzrə 130 min manata yaxın sığorta ödənişi həyata keçirilib.