2025-ci ilin birinci yarımilinin yekunlarına görə, Azərbaycanın sığorta bazarı 817 milyon manat həcmində sığorta haqqı toplayıb.
FED.az xəbər verir ki, bazarın strukturu dəyişməz qalıb və liderlərin mövqeləri daha da möhkəmlənib.
"Paşa Həyat Sığorta" ASC 390,8 milyon manatlıq yığımla bazarın mütləq lideri olaraq qalır. Bu, ümumi bazarın təxminən 47,8%-i deməkdir. Reytinqin ikinci pilləsində qərarlaşan "Paşa Sığorta" ASC isə 182,3 milyon manatlıq yığımla bazarın 22,3%-nə nəzarət edir. Beləliklə, bu iki şirkət birlikdə bütün bazar yığımlarının 70%-dən çoxunu təmin edir.
İlk beşlikdə qərarlaşan digər şirkətlər "Atəşgah Həyat" (57,4 milyon manat), "Qala Sığorta" (49,9 milyon manat) və "Atəşgah" (30,6 milyon manat) olub.
Növbəti beş şirkətini yığımları 10-20 milyon manat arası, qalan şirkətlərin yığımalrı isə 10 milyon manatdan aşağı olub.