Bu ilin aprel ayında Azərbaycanda əmlakın yanğından və digər risklərdən könüllü sığortası bazarı kiçilib.
Eləcə də bax: Sığorta ödənişlərinin dinamikası üzrə - ŞİRKƏTLƏRİN RENKİNQİ (YANVAR-APREL, 2022)
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Milli Bankı bildirir.
Belə ki, hesabat dövründə bu sığorta növü üzrə yığımlar keçən ilin aprel ayı ilə müqayisədə 16.2% kiçilərək 13 mln. 294.5 min manat olub. Sığorta ödənişləri 4.9 dəfə kiçilib. AMB-nin məlumatına əsasən, cari ilin aprelində ödənişlərin həcmi 541.7 min manat təşkil edib.