Azərbaycanda xaricə səfər edən vətəndaşların sığortası üzrə ödənişlər artıb.
FED.az Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, cari ilin yanvar-sentyabr aylarında bu növ sığorta üzrə yığımlar 292 min manat təşkil edib.
Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 8 min manat və ya 2,7 % çoxdur.
2022-ci ilin yanvar-sentyabr aylarında bu göstərici 285 min manat təşkil edib.