Azərbaycanda xaricə səfər edən vətəndaşların könüllü sığortası üzrə yığımlar və ödənişlər artıb.
FED.az Mərkəzi Bankın hesabatı əsasında apardığı hesbalamalara istiandən xəbər verir ki, cari ilin yanvar-noyabr aylarında bu növ sığorta üzrə yığımlar 5 milyon 642 min manat təşkil edib.
Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 873 min manat və ya 18% çoxdur.
2022-ci ilin yanvar-noyabr aylarında bu göstərici 4 milyon 769 min manat təşkil edib.
Bu dövrdə bu növ sığorta ödənişləri 489 min manat təşkil edib ki, bu da illik müqayisədə 108 min manat və ya 28,3% çoxdur.
Ötən ilin eyni dövründə 381 min manat sığorta ödənişləri edilmişdi.
Hesabat dövründə zərərlilik göstəricisi isə 9% təşkil edib. Zərərlilik göstəricisi son bir ildə 1% artıb. 2022-ci ilin eyni dövründə isə zərərlilik göstəricisi 8% təşkil edib.