Bu gün Bakıda keçirilən “Azərbaycan Insurtech Zirvə” toplantısı Azərbaycan və Türkiyənin sığorta sahəsində əməkdaşlığın genişləndirilməsi məqsədi daşıyır. Azərbaycan və Türkiyə sığorta şirkətləri arasında görüşlər 2020-ci ildən keçirilməyə başlayıb.
Taleh Kazımov: "Azərbaycanda sığorta sektoru son 3 ildə 34 % böyüyüb"
FED.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Türkiyənin Sığorta, Özəl Pensiya Tənzimləmə və Nəzarət Agentliyinin sədri Davut Menteş deyib.
Onun sözlərinə görə, iki ölkə arasında Sığorta Şirkətləri Birliyi 2020-ci ildə keçirilən zirvə toplantısı zamanı qurulub.
“2022-ci ilin may ayında Türk Dövlətləri Sığorta Şirkətləri Birliyi təsis olundu. Bu gün keçirilən “Azərbaycan İnsurtech Zirvə” tolantısını 2020-ci ildən başlayan işlərin növbəti addımı kimi qəbul edirəm. Türkiyədə mövcud Sığorta Şirkətləri Birliyi kimi bir təşkilatın Azərbaycanda da yaradılması və inkişaf etdirilməsi planlaşdırılır. Bizimlə Türkiyədən 80-dək sığorta nümayəndəsi Bakıya gəlib. Onlardan 15-i şirkət nümayəndələri, 15-i isə “insurtech” startap təsisçiləridir", - deyə D.Menteş əlavə edib. (Azərtac)