Azərbaycanda tibbi sığorta üzrə zərərlilik göstəricisi (ödəniş-yığım nisbəti) azalıb.
FED.az Mərkəzi Bankın hesabatına istiandən xəbər verir ki, cari ilin yanvar-iyun aylarında bu növ sığorta üzrə zərərlilik göstəricisi 43,1% təşkil edib.
Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 4,8% azalıb.
2022-ci ilin yanvar-iyun aylarında bu göstərici 47,9% təşkil edib.