Azərbaycanda tibbi sığorta üzrə yığımlar artıb.
FED.az Mərkəzi Bankın hesabatı əsasında apardığı hesbalamalara istiandən xəbər verir ki, cari ilin yanvar-sentyabr aylarında bu növ sığorta üzrə yığımlar 99 milyon 800 min manat təşkil edib.
Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 6 milyon 726 min manat və ya 7,2% çoxdur.
2022-ci ilin yanvar-sentyabr aylarında bu göstərici 93 milyon 74 min manat təşkil edib.