Azərbaycanda tibbi sığorta üzrə ödənişlər azalıb.
FED.az Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, cari ilin yanvar-sentyabr aylarında bu növ sığorta üzrə yığımlar 55 milyon 542 min manat təşkil edib.
Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 326 min manat və ya 0,6% azdır.
2022-ci ilin yanvar-sentyabr aylarında bu göstərici 55 milyon 868 min manat təşkil edib.