Ötən il Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən könüllü tibbi sığorta üzrə 102 mln. 649 min manat sığorta haqqı toplanıb.
Eləcə də bax: Azərbaycanın sığorta bazarı - 16% BÖYÜYÜB
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, Azərbaycan Mərkəzi Bankından verilən məlumata görə, bu göstərici illik müqayisədə 1 mln. 85 min artım var.
Hesabat dövründə tibbi sığortalar üzrə şirkətlər tərəfindən 78 mln. 944 min manat həcmində ödəniş həyata keçirilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 11 mln. 75 min manat artıb.