Azərbaycanda tibbi sığorta üzrə yığımlar artıb.
FED.az xəbər verir ki, bu il yanvar-oktyabr ayları üzrə tibbi sığorta yığımları 80 milyon 998 min manat təşkil edib. Bu ötən ilin eyni dövrü ilə müqayisədə 9 milyon 892 min manat və ya 13,91% çoxdur.
Eləcə də bax:İcbari tibbi sığorta ilkin mərhələdə - 2 MİLYONU ƏHATƏ EDƏCƏK
Ödənişlərər gəlincə isə tibbi sığorta üzrə bu il ödənişlər 49 milyon 598 min manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 514 min manat və ya 1,04% çoxdur.